EN

Meksika Çin məhsullarına əlavə rüsum tətbiq etmək istəyir

Meksika Çindən və digər Asiya ölkələrindən idxal edilən 1400 adda məhsula 50 faizədək rüsum tətbiq etmək istəyir. SİA xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Marselo Ebrard məlumat verib.

Nazir bildirib ki, məqsəd yerli sənayenin mühafizəsidir. Rüsumlar artırılacağı təqdirdə ən çox Çin, Cənubi Koreya və Hindistandan olan ixracatçılar əziyyət çəkəcək. ABŞ və Kanada isə Meksika ilə sərbəst ticarət sazişinə görə heç bir təsir hiss etməyəcək. Əlavə gömrük rüsumları başlıca olaraq avtomobil detalları, oyuncaqlar və mebelə şamil ediləcək. Təklifin qəbul edilməsi üçün Konqresin razılığı tələb olunur.

Chosen
36
4
sia.az

5Sources