EN

Ələt-Astara yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sentyabrın 14-də saat 02:00 radələrində Ələt-Astara yolunun 7-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə APA-ya Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, İran vətəndaşı Shadman Taleshmikaei tərəfindən idarə olunan “Volvo” markalı, 91AA791 İİR nömrə nişanlı yük avtomobili texniki nasazlıq səbəbindən yol kənarında dayanmış “Cherry” markalı, 90 HD 133 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Cherry” markalı avtomobildə sərnişin qismində olan Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü İbrahim Əhmədov hadisə yerində dünyasını dəyişib, digər sərnişin – Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Orxan Rüstəmzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ələt-Astara Ələt-Astara
Chosen
27
31
apa.az

10Sources