Sentyabrın 14-də saat 02 radələrində Ələt-Astara yolunun 7-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Senzor.az bildirir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Məlumata görə, İran vətəndaşı Şadman Taleşmikaeiin idarə etdiyi "Volvo" markalı, 91-AA-791 İİR nömrə nişanlı yük avtomobili texniki nasazlıq səbəbindən yol kənarında dayanmış "Cherry" markalı, 90-HD-133 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Hadisə nəticəsində "Cherry" markalı avtomobildə sərnişin qismində olan Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü İbrahim Əhmədov hadisə yerində həlak olub, digər sərnişin - Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Orxan Rüstəmzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.