EN

63 kiloqram narkotik vasitə aşkar edildi

Bakı. Trend:

Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda İranİslam Respublikasından gələrək Azərbaycan Respublikasından tranzitkeçməklə Türkiyə Respublikasına etilen polimer yükü aparannəqliyyat vasitəsi rentgen baxış qurğusundan keçirilərkən monitordaşübhəli təsvirlərin görünməsi səbəbindən əsaslı yoxlamaya cəlbolunub.

Bu barədə Trend-əDövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsindəki yükün 30kisəsinin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi təmizçəkisi 63 kiloqram olan xüsusilə külli miqdarda narkotik vasitə -marixuana aşkar edilib.

Chosen
38
36
az.trend.az

10Sources