Proqramda o, Nardaranda meyxanaya münasibətin mənfi olduğunu söyləyib: "Nardaranda meyxana son 25-30 ildə yayılıb. Bakı kəndləri daha çox muğama üstünlük verirlər. Meyxana burada elit sayılmır. O, ərəb, fars musiqisi ilə yoğrulub. Bununla ağıl inkişaf etməz, millət ucalmaz".
Mehrəli Asim, həmçinin o vaxtların qonşuluq münasibətlərindən danışıb. "Kəndimizdə Ağasalah dayı var idi. Həmişə deyərdi ki, Nardaranda hasarlar 10 ildən bir üç daş yuxarı qalxır. Yəni artıq insanların bir-birlərinə güvənmədiklərini demək istəyirdi. Niyə bir-birimizdən gizlənmək istəyirik? Mən sənin ananı, bacını həyətdə görsəm, nə olar ki?! Vaxt var idi burada insanlar həyətlərini çəpərləyirdilər. Hazırda isə vəziyyət dəyişib. Bütün bunlar dövrümüzdə qonşuların bir-birlərinə etibar etməmələrinin göstəricisidir", − deyə o, sözlərinə əlavə edib.
10Sources
-
demokrat.azMeyxanaya pis baxılan Bakı qəsəbəsi — VİDEO ( 21323728)
-
bizim.mediaMeyxanaya pis baxılan Bakı qəsəbəsi - VİDEO ( 21323227)
-
pravda.azMeyxanaya pis baxılan Bakı qəsəbəsi - VİDEO ( 21322564)
-
hakimiyyet.azBakının bu qəsəbəsində meyxanaya pis baxılır - VİDEO ( 21322333)
-
paralel.azBakının bu qəsəbəsində meyxanaya pis baxılır - VİDEO ( 21322306)
-
olke.azBakının bu qəsəbəsində meyxanaya pis baxılır - VİDEO ( 21322156)
-
xezernews.azBakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO ( 21320191)
-
oxu.azMeyxanaya pis baxılan Bakı qəsəbəsi ( 21319375)
-
publika.azBakının bu qəsəbəsində meyxanaya pis baxılır ( 21319465)
-
oxu.azMeyxanaya pis baxılan Bakı qəsəbəsi ( 21319357)