Idman.biz saytına istinadən ain.az xəbər verir.
Ali Koç: “Qumarxanada çəkilmiş hakimi VAR-a rəhbər qoymaq utancvericidir”
“Fənərbaxça” prezidenti və rəhbərliyə namizəd Ali Koç Türkiyə futbolunda hakimlik sistemi ilə bağlı qalmaqallı açıqlama verib.
İdman.biz-in məlumatına görə, Koç "Sözcü TV"yə açıqlamasında bildirib ki, qumarxanada görüntülənən bir hakim istefa etdikdən sonra heç bir izahat olmadan VAR rəhbərliyinə gətirilib.
Klub rəhbəri vurğulayıb ki, belə bir şəxsə bu cür məsuliyyətli vəzifə vermək absurddur: "Hazırda hakimlər azarkeşlərə qarşı kütləvi iddialar qaldıraraq bundan gəlir əldə edirlər. Hakimlər bunu qazanc mənbəyinə çeviriblər. Ancaq bu məsələləri gündəmə gətirən yalnız "Fənərbaxça"dır. Niyə başqa heç kim danışmır?".
İdman.biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.