EN

Gəncədə qəza olub

Gəncədə yol nəqliyyat hadisəsi baş verib. SİA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanana yerəşdirilib.

Xəsarət alanlar 2006-ci il təvəllüdlü S.Ələkbərov, 2006-cı il təvəllüdlü N.Həsənova, 2008-ci il təvəllüdlü G.Həsənova və 1981-ci il təvəllüdlü B.Həsənovadır. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
6
13
sia.az

10Sources