EN

Vüsal İsgəndərli Albaniya klubunda ilk qolunu vurdu

style='margin-bottom:10px;'>

Futbol üzrə Albaniya çempionatında 3-cü turun oyunları keçirilib.

QOL.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin komandası “Partizani” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Vlajniya” ilə qarşılaşıb və 1:4 hesabı ilə uduzub.

İsgəndərli start heyətdə yer alıb və 68-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 26-cı dəqiqədə Vüsal vurub. Bu oyunda ilk qol olub. Bundan sonra "Vlajniya" futbolçuları 4 qol vurub.

Chosen
53
1
teleqraf.com

10Sources