Albaniya çempionatında 3-cü turun oyunları keçirilib.
"Football-plus.az" xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin komandası “Partizani” də növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə “Vlajniya” ilə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. İsgəndərli start heyətində yer alıb və 68-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 26-cı dəqiqədə Vüsal vurub. Bu oyunda ilk qol olub. Bundan sonra "Vlajniya" futbolçuları 4 qol vurub.
Qeyd edək ki, bu yay "Partizani"yə keçən Vüsalla birillik müqavilə bağlanıb. O, Albaniya çempionatında 2-ci oyununa çıxıb və yeni klubunda ilk qolunu vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta