EN

Ələt-Astara yolunda qəza - Ölən var

Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 14-də saat 02:00 radələrində Ələt-Astara yolunun 7-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən hafta.az-a bildirilib ki, İran vətəndaşı Shadman Taleshmikaei tərəfindən idarə olunan “Volvo” markalı, 91AA791 İİR nömrə nişanlı yük avtomobili texniki nasazlıq səbəbindən yol kənarında dayanmış “Cherry” markalı, 90 HD 133 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Cherry” markalı avtomobildə sərnişin qismində olan Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü İbrahim Əhmədov hadisə yerində dünyasını dəyişib, digər sərnişin – Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Orxan Rüstəmzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
41
31
hafta.az

10Sources