EN

Zamiqin komandası mövsümün ilk qələbəsini qazandı

Albaniya çempionatında 3-cü turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, milli komandamızın müdafiəçisi Zamiq Əliyevin formasını geydiyi “Eqnatiya” səfərdə “Bülis”in qonağı olub.

Matça ehtiyat oyunçular skamyasından başlayan Zamiq 87-ci dəqiqədə Kastriot Selmaninin əvəzinə meydana çıxıb. Həmyerlimiz 90+6-cı dəqiqədə sarı vərəqə görüb.

Görüş “Eqnatiya”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mövsümdə ilk qələbəsini qazanan Zamiqin komandası 4 xalla üçüncü pillədə qərarlaşıb.

Chosen
25
1
football-plus.az

2Sources