EN

Alim Nəbiyev MMA-də debütünü inamlı qələbə ilə başladı

Bu gün Bakıda keçirilən turnirdə 7 qat dünya, 3 qat Avropa çempionu Alim Nəbiyev MMA üzrə ilk döyüşünə çıxıb. Onun rəqibi iranlı idmançı Nezhad Vahid olub.

Day.Az-ın məlumatına görə, döyüşün taleyi birinci raundda həll olunub - Alim Nəbiyev rəqibini nakautla məğlub edərək MMA karyerasına parlaq qələbə ilə start verib.

Qeyd edək ki, Alim Nəbiyev növbəti dəfə oktyabrın 25-də Batumidə keçiriləcək "Grand Bellagio" turnirində rinqə çıxacaq.

Chosen
18
7
day.az

8Sources