EN

Boris Conson Stubbla Kiyevdə mübahisə etdi

Finlandiya Prezidenti Aleksandr Stubb Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonla mübahisə edib.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, hadisə Kiyevdə görüş zamanı olub.

Siyasətçilər Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı məsələdə üz-üzə gəliblər.

“Finlandiya prezidenti sabiq baş nazirə Böyük Britaniyanın Avropa Birliyindən (AB) çıxmasını xatırladıb. Conson isə, Stubbı fəaliyyətsizlikdə və boş sözlərdə ittiham edib”, – “İltalehti” nəşri qeyd edib.

Stubb iddia edib ki, Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanətlərindən biri AB-yə üzvlük olacaq.

Lakin qarşılığında Conson “İstəklilər Koalisiyası” adlandırılan qurumun yararsız olduğunu və Ukraynaya hərbi kontingent göndərmədiyini deyib.

“Bu məsələdə Rusiyanın hətta “veto hüququ” belə var”, – deyə o əlavə edib.

Chosen
44
1
axar.az

2Sources