EN

Şəmkirdə toydan qayıdan həkim avtomobili ağaca çırpdı – Ölənlər var

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qəza Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin sürücüsü Kənan Çobanlı idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza nətiəsində 1990-cı il təvəllüdlü Kənan Çobanlı və sərnişini – 1991-ci il təvəllüdlü S. Məmmədov həyatlarını itirib.

Qəzada ölən “Hyundai”ın sürücüsü 1990-cı il təvəllüdlü Kənan Çobanlı stomatoloq olub.

Kənan Çobanlı Şəmkirdə yerləşən Memorial Hospitalda çalışıb.

Qəzaya düşənlər toydan qayıdırlarmış.

Faktla bağlı araşdırma aparılır.

Chosen
41
heftelik.az

1Sources