EN

Beyləqan Polis Şöbəsinin baş inspektoru yol qəzasında ölüb-FOTO



Ötən gecə Beyləqanda 1 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnın qəzada dünyasını dəyişən vəzifəli şəxs olub.

Newscenter.az xəbər verir ki, "Lexus" və BMW markalı avtomobillərin toqquşması zamanı ölən şəxs, BMW-nin sürücüsü polis baş leytenantı Rəşad Hacıyev Beyləqan Rayon Polis Şöbəsində Dövlət Yol Polisi Bölməsinin İnzibati Təcrübə üzrə baş inspektoru vəzifəsində çalışırmış.

Qəza zamanı rayon sakini, 1995-ci il təvəllüdlü İbrahimli Yusif Fəttullah oğlu müxtəlif dərəcəli xəsarət alıb. Yaralı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma davam etdirilir.



Mehman Mehdiyev
Chosen
51
14
newscenter.az

10Sources