EN

Zelenski: Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı əsas sənəd hazırdır

Oxumeni.az saytından alınan məlumata görə, ain.az bildirir.

Zelenski: "Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı əsas sənəd hazırdır"

Ukrayna və bütün Avropa üçün təhlükəsizlik zəmanətləri ilə bağlı əsas sənəd artıq hazırdır. Bütün tərəfdaşlarla təfərrüatlar hazırlanır. Bu barədə Oxuməni.az Ukrayna prezidenti Vladimir Zelenskinin bəyanatına istinadən məlumat yayıb.

Prezident bildirib ki, bu həftə Avropa dövlətlərinin liderləri, Böyük Britaniya, Danimarka, Polşa xarici işlər nazirləri ilə danışıqlar aparılıb.

Prezidentin sözlərinə görə, Ukraynanın və deməli, bütün Avropanın təhlükəsizliyinə zəmanət verən əsas sənəd artıq hazırdır.

"Təfərrüatlar diqqətlə hazırlanır, hər şey bütün tərəfdaşlarla razılaşdırılacaq. İndi isə biz Rusiyanı hərbi əməliyyatların sona çatmasına - işləyəcək görüş formatına, etibarlı sükuta doğru itələməliyik ki, Rusiya qətlləri və zərbələri dayandırsın. Bu da mümkündür", - o qeyd edib.

Zelenskinin fikrincə, bu, yalnız hamı birlikdə hərəkət etsə mümkündür.

Əziz MUSTAFA

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
48
1
oxumeni.az

2Sources