EN

Putin Medvedevi təltif etdi

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevi IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

“Qafqazinfo” xəbər verir ki, Rusiya lideri bununla bağlı müvafiq fərman imzalayıb.

Qeyd olunur ki, Medvedyev “Rusiya dövlətçiliyinin möhkəmləndirilməsində və Rusiya Federasiyasının milli təhlükəsizliyinin təmin edilməsində böyük xidmətlərinə görə” təltif edilib.

Mükafatlandırma mərasimi Medvedevin 60 illik yubileyi günündə baş tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
36
7
qafqazinfo.az

10Sources