Sentyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.
Bu barədə Xezerxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 14-dən 15-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecÉ™ 16-18° isti, gündüz 22-25° isti olacaq. Atmosfer tÉ™zyiqi 769 mm civÉ™ sütunundan 766 mm civÉ™ sütununa enÉ™cÉ™k. Nisbi rütubÉ™t gecÉ™ 70-75 %, gündüz 40-45 % olacaq.Â
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-6° isti, gündüz 7-12° isti olacaq.