EN

Yağış yağacaq, şimşək çaxaq - PROQNOZ

Bakı. Trend:

Sentyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, sabah Bakıda vəAbşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin14-dən 15-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı,şimşək çaxacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi səhərşimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-18° isti, gündüz 22-25° isti olacaq.Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununaenəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,şimşək çaxacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntılartədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərqküləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 21-26° isti,dağlarda gecə 2-6° isti, gündüz 7-12° isti olacaq.

Chosen
29
49
az.trend.az

10Sources