Nepalda kütləvi iğtişaşlar zamanı 70-dən çox adam ölüb.
Modern.az-ın "Nepal News" portalına istinadən verdiyi xəbərə görə, bu barədə yerli hakimiyyət nümayəndələri məlumat yayıb.
"Ümumilikdə 72 nəfər ölüb. Daha 191 yaralı hazırda ölkənin müxtəlif xəstəxanalarında və səhiyyə müəssisələrində müalicə alır", - hökumət sözçüsü Eknarayan Aryal bildirib.
Onun sözlərinə görə, ölüm halları sentyabrın 8-də keçirilən etiraz aksiyaları zamanı, həmçinin sentyabrın 9-da baş verən yanğın və iğtişaşlar nəticəsində baş verib.