AZ

Nepalda iğtişaşlarda ölənlərin sayı 70-i ötüb

Nepalda kütləvi iğtişaşlar zamanı 70-dən çox adam ölüb.

"Report"un "Nepal News" portalına istinadən verdiyi xəbərə görə, bu barədə yerli hakimiyyət nümayəndələri məlumat yayıb.

"Ümumilikdə 72 nəfər ölüb. Daha 191 yaralı hazırda ölkənin müxtəlif xəstəxanalarında və səhiyyə müəssisələrində müalicə alır", - hökumət sözçüsü Eknarayan Aryal bildirib.

Onun sözlərinə görə, ölüm halları sentyabrın 8-də keçirilən etiraz aksiyaları zamanı, həmçinin sentyabrın 9-da baş verən yanğın və iğtişaşlar nəticəsində baş verib.

"Cebheinfo.az" 

Seçilən
32
4
cebheinfo.az

5Mənbələr