News24 portalından alınan məlumata görə, ain.az xəbər verir.
Gəncənin Gülüstan qəsəbəsində yerləşən AKTA-6 Qərargah adlanan yataqxanada eyvan uçub.
News24.az xəbər verir ki, hadisə səhər saatlarında Cuma Hüseynov və Ramin Rəhimovun yaşadığı mənzildə baş verib.
İlkin ehtimallara görə, səbəb binanın qəzalı və baxımsız vəziyyətdə olmasıdır. Sakinlərin sözlərinə görə, onlar məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat veriblər, lakin hələ ki, rəsmilər hadisə yerinə gəlməyib.
Qeyd edək ki, həmin yataqxanada əsasən vaxtilə Kəlbəcərdən məcburi köçkün düşmüş ailələr məskunlaşıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.