EN

"Benfika" - "Qarabağ" matçını belçikalı hakim idarə edəcək

"Benfika" - "Qarabağ" matçının hakimləri açıqlanıb.

News24.az xəbər verir ki, qarşılaşmanı belçikalı Erik Lambrexts idarə edəcək.

O, daha əvvəl də "Qarabağ"ın qarşılaşmasına təyinat alıb. 2023-cü ildə keçirilən "Molde" ilə matçda fit çalıb. Norveçdə keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

Co De Veird və Kevin Monteni yan xətt hakimi funksiyasını görəcək.

Görüşün 4-cü hakimi isə Natan Verbumen olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin I turunda baş tutacaq görüş sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Chosen
44
1
news24.az

2Sources