"Benfika" - "Qarabağ" matçının hakimləri açıqlanıb.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanı belçikalı Erik Lambrexts idarə edəcək.
O, daha əvvəl də "Qarabağ"ın qarşılaşmasına təyinat alıb. 2023-cü ildə keçirilən "Molde" ilə matçda fit çalıb. Norveçdə keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.
Co De Veird və Kevin Monteni yan xətt hakimi funksiyasını görəcək.
Görüşün 4-cü hakimi isə Natan Verbumen olacaq.
Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin I turunda baş tutacaq görüş sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.