EN

Gəncədə qəza: 4 nəfər xəsarət alıb - FOTO

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
 
Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
 
Xəsarət alanlar 2006-ci il təvəllüdlü S.Ələkbərov, 2006-cı il təvəllüdlü N.Həsənova, 2008-ci il təvəllüdlü G.Həsənova və 1981-ci il təvəllüdlü B.Həsənovadır. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.
Chosen
18
13
moderator.az

10Sources