EN

İtaliya NATO-nun şərq cinahının möhkəmləndirilməsi üçün qırıcılar təmin edəcək

İtaliya NATO-nun şərq cinahında mövqelərinin möhkəmləndirilməsinə töhfə verəcək.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti yazıb.

Qəzetin məlumatına görə, söhbət ən azı iki qırıcı təyyarədən gedir.

Seçim “Eurofighter” və “F-35” arasında aparılır, lakin üstünlük F-35″ə verilir. Onlar Estoniyada artıq yerləşdirilmiş dörd italyan qırıcısına əlavə oluna bilər. Bundan başqa, İtaliya Estoniyada artıq yerləşdirilmiş “Samp-T” hava hücumundan müdafiə sisteminin orada qalma müddətini də uzada bilər.

Nəşr qeyd edir ki, bu qərar hərbi, siyasi və diplomatik baxımdan zəruri hesab olunur və Rusiyanın buraxdığı PUA-ların Polşa ərazisinə düşməsindən sonra Varşavaya dəstək məqsədilə Avropa ölkələrinin göstərdiyi təzyiqlərlə izah olunur.

“Roma artıq açıqlanmış digər Avropa tərəfdaşlarının səyləri fonunda kənarda qala bilməz”, – qəzet yazır.

Hazırda İtaliya hökuməti bu qərarın həyata keçirilməsi üçün parlamentin əlavə təsdiqinə ehtiyac olub-olmadığını müzakirə edir. Ola bilər ki, bu, illik olaraq parlamentdə rəsmi şəkildə təsdiqlənən beynəlxalq hərbi əməliyyatlar paketinə daxil edilsin.

Chosen
42
nocomment.az

1Sources