EN

Azərbaycan "qırmızı bülleten"lə axtarılan şəxsi Türkiyəyə təhvil verdi

"Qırmızı bülleten"lə axtarılan şəxs Azərbaycanda saxlanılaraq Türkiyəyə təhvil verilib".

Oxu.Az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlkikaya "X" sosial şəbəkə hesabında yazıb.

Nazirin sözlərinə görə, qəsdən adam öldürməyə görə beynəlxalq səviyyədə axtarışda olan İ.C. adlı şəxs Azərbaycanda saxlanılıb və onun Türkiyəyə təhvil verilməsi təmin edilib.

Yerlikaya qeyd edib ki, altısı "qırmızı bülleten"lə və ikisi beynəlxalq səviyyədə axtarılan səkkiz nəfər Gürcüstan, Azərbaycan, Almaniya, Avstriya, Şimali Makedoniya və İrlandiyadan Türkiyəyə gətirilib.

Chosen
16
17
milli.az

10Sources