EN

Sel Zaqatalada körpünü qəzalı vəziyyətə salıb - FOTO

Sel Zaqatalada körpünü qəzalı vəziyyətə salıb, bir-neçə evin həyətyanı sahəsini və fındıq bağlarını su basıb.

APA-nın Şimal-qərb bürosunun xəbərinə görə, son günlər Böyük Qafqaz darlarının cənub ətəyinin Zaqatala rayonu ərazisinə yağan intensiv leysan yağışlar səbəbindən Tala, Muxax, Silban, Bəkməz və digər çaylarda suyun səviyyəsi kəskin artıb, Talaçaydan səhər saatlarında sel keçib.

Talaçay rayonun Makov kənd inzibati ərazisinə aid Hövtala kənd ərazisindən keçən hissədə məcrasından çıxaraq çayın üzərindəki piyada körpüsünün bir hissəsini qəzalı vəziyyətə salıb. Hövtala kəndində 10-a yaxın evin həyətyanı sahəsini və bir-neçə sakinin fındıq bağını su basıb, təsərrüfatlara ziyan dəyib.

Hazırda aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görür.

Chosen
34
8
apa.az

10Sources