ABŞ-da tanınmış ictimai xadim Çarli Kirkin qətli ilə bağlı sosial şəbəkələrdə təhqiramiz və qeyri-etik şərhlər yazan şəxslər iş yerlərindən kənarlaşdırılır.
Musavat.com xəbər verir ki, "The Guardian" yazır ki, son günlər ərzində onlarla insan – müəllimlər, yanğınsöndürənlər, jurnalistlər, hərbçilər, siyasətçilər, hətta ABŞ-ın Gizli Xidmət əməkdaşı belə ya işdən azad olunub, ya da vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb.
Məlumatlara görə, bu addımlar ictimai qəzəbin artmaması və dövlət qurumlarının reputasiyasının qorunması məqsədilə atılıb.
Musavat.com