Rusiya "Qərb-2025" hərbi təlimləri çərçivəsində Barents dənizindəki hədəfi "Zirkon" hipersəs qanadlı raketi ilə vurub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Rusiya və Belarus “Qərb-2025” hərbi təlimlərinə başlayıb. Təlimlər sentyabrın 16-na kimi davam edəcək.