Rusiya və Belarus donanmasının iştirakı ilə “Zapad-2025” birgə təlimlərinə başlayıb
Rusiya və Belarusda “Zapad-2025” birgə hərbi təlimləri başlayıb, Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Təlim iki ölkənin silahlı qüvvələrinin cari ildə birgə təlimlərinin yekun mərhələsidir”, - deyə idarədən bildirilib. Manevrlərin məqsədlərinə komandirlərin və qərargahların bacarıqlarının artırılması, qoşun qruplarının qarşılıqlı fəaliyyətinin və səhra təminatının səviyyəsinin yüksəldilməsi daxildir.