EN

Flik Yamalın İspaniya millisində zədəli halda oynadıldığını iddia edir

"Barselona"nın baş məşqçisi Hans Flik Lamin Yamalın İspaniya millisində zədəlı halda oynadığını bildirib.

Sportal.az xəbər verir ki, alman mütəxəssis 18 yaşlı vingerin DÇ-2026-nın seçmə mərhələsinin Türkiyə ilə matçında (6:0) ağrıkəsici ilə meydanda qaldığını deyib:

"Yamal ağrıkəsici ilə oynayıb. Böyük hesabla öncə olarkən bunu etmək doğru deyil. İspaniya dünyanın ən yaxşı milli komandasıdır. Amma gənc oyunçuları da qorumaq lazımdır".

Qeyd edək ki, Lamin Yamal qasıq nahiyəsində olan zədəyə görə bir müddət "Barselona"ya kömək edə bilməyəcək.

saytlarin hazirlanmasi

Chosen
25
1
sportal.az

2Sources