EN

Premyer Liqa klubunun baş məşqçisi bu əcnəbidən üz çevirdi

«Sumqayıt»ın baş məşqçisi Saşa İliç Kamran Quliyevdən sonra daha bir oyunçunun xidmətindən imtina edib.

Serbiyalı çalışdırıcı Tresor Mossini sərəncamında görmək istəməyib.

Balkanlı mütəxəssis 24 yaşlı yarımmüdafiəçinin onun planlarına daxil olmadığı barədə rəhbərliyi məlumatlandırıb.

Burundi yığmasının üzvü 2024-cü ildən ölkəmizdə çıxış eləyir. Samir Abasovun istəyi ilə bura gəlmiş afrikalının müqaviləsi hələ bitməyib.

O, 2026-cı ilin yayınadək «kimyaçılar»a məxsusdur. Demək, «gənclik şəhəri» təmsilçisi Mossini göndərmək üçün təzminat ödəməlidir.

«Sumqayıt» bu yay 12 nəfərlə vidalaşıb.

Bunlar Vüqar Mustafayev (karyerasını başa vurub), Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Cəloliddinov, Bobir Abdixolikov, Silvanus Nimeli, Uğur Cahangirov, Sərtan Taşkın ("Serik Bələdiyyəspor", Türkiyə) və Giorgi Karaişvilidir.

SPORTİNFO.AZ

Chosen
32
sportinfo.az

1Sources