Zaqrebdə keçirilən dünya çempionatını sərbəst güləşçilərimiz bu gün 3 medalla başa vurub. 

Offsideplus.az xəbər verir ki, Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kq) həlledici qarşılaşmada İranın titullu güləşçisi Amir Zare ilə üz-üzə gəlib və rəqibinə 0:5 hesabı ilə məğlub olub. İdmançımız turniri gümüş medalla başa vurub.

Güləşçimiz Arseniy Djioyev bürünc medal uğrunda fransalı Raxim Maqamadovla qarşılaşıb və 7:0 hesabı ilə qalib gəlib. 

Digər bürünc medalı isə Nürəddin Novruzov əldə edib. 61 kq. çəki dərəcəsində mübarizə aparan güləşçimiz Şimali Koreya təmsilçisi Kum Kimə "tuş"la qalib gələrək yığmamızın adına ilk medalı əldə edib.