EN

İran və Qətər XİN rəhbərləri Dohada görüşüb

Tərəflər regional vəziyyəti, nüvə məsələsini və İsrailin Qətərdəki hücumunu müzakirə ediblər...

Poliqon xəbər verir ki, Dohada İran xarici işlər naziri Abbas Əraqçi ilə Qətər xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Tani arasında görüş keçirilib. Danışıqlar fövqəladə Ərəb Liqası (ƏL) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) sammiti ərəfəsində baş tutub.

Tərəflər arasında keçirilən görüşdə İranQətər arasında ikitərəfli münasibətlər, regiondakı mövcud vəziyyət və beynəlxalq gündəlikdə duran əsas məsələlər müzakirə olunub. Görüşün əsas mövzularından biri İranın davam edən nüvə danışıqları ilə bağlı diplomatik səyləri və bu istiqamətdə atılan addımlar olub.

Məlumata görə, xüsusilə İsrailin Qətərdə həyata keçirdiyi hücum məsələsinə diqqət yetirilib. Tərəflər hadisənin regiondakı sabitliyə və təhlükəsizlik mühitinə yaratdığı riskləri dəyərləndiriblər. İran nümayəndə heyəti qeyd edib ki, baş verənlər beynəlxalq hüququn pozulması ilə yanaşı, bölgədə gərginliyin artmasına səbəb olur.

Bu gün keçirilən nazirlər səviyyəsində toplantıda isə bir sıra ölkələrin XİN rəhbərləri iştirak ediblər. Toplantı 15 sentyabrda başlayacaq fövqəladə sammitə hazırlıq xarakteri daşıyıb. Sammitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik məsələlərinin gündəmə gətiriləcəyi gözlənilir.

Poliqon.info

Chosen
51
poliqon.info

1Sources