EN

QHT milli-mənəvi dəyərlərin qorunması istiqamətində layihə həyata keçirir - AÇIQLAMA

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva QHT.az-a açıqlamasında bildirib ki, vətəndaş cəmiyyəti institutları milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında mühüm rol oynayır.

Onun sözlərinə görə, QHT-lər bu sahədə gələcək nəsillərin milli ruhda tərbiyəsi və yad təsirlərdən qorunması məqsədilə ictimaiyyət arasında maarifləndirici tədbirlər həyata keçirirlər:

"Azərbaycan Respublikasının Qeyri -Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu il elan etdiyi qrant müsabiqəsində milli-mənəvi dəyərlərin qorunması və təbliği mövzusuna geniş yer ayrılıb və müsabiqədə qaliblərdən biri də “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyidir. Sədər layihənin əsas məqsədini uşaqlar, yeniyetmələr və gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunması, məktəbli-müəllim-valideyn münasibətlərinin müasir tələblər baxımından tənzimlənməsi və məktəb-ailə əməkdaşlığının gücləndirilməsi olaraq göstərib.

Layihə çərçivəsində Tərtər və Bərdə rayonlarında hər birində 2 tədbirin keçirilməsi və yerli internet TV-də 3 maarifləndirici verilişin hazırlanması nəzərdə tutulub".

Könül Quliyeva əlavə edib ki, Azərbaycan əsrlərdən bəri multikulturalizm və tolerantlıq ənənələri ilə seçilən, milli-mənəvi və bəşəri dəyərlərə hörmət göstərən ölkədir. O bildirib ki, hər bir şəxsiyyətin yetişməsində ailə önəmli rol oynayır, əsas dəyərlər ailədə formalaşır. Təhsil müəssisələri və cəmiyyət isə bu tərbiyəni daha da inkişaf etdirir.

"Prezident İlham Əliyevin Xankəndidə Qarabağ Universitetinin açılışında qeyd etdiyi kimi, “gənc nəslin milli ruhda böyüməsi üçün ailə və məktəb əsas mənbədir”. Milli-mənəvi dəyərlərin öyrədilməsi, ənənəvi dəyərlərə sadiqlik və yad təsirlərin qarşısının alınması həm ailə, həm cəmiyyət, həm də dövlət üçün prioritet məsələdir".

 

Pərvanə Fərhadqızı

Chosen
37
qht.az

1Sources