EN

Misirdə 3300 yaşlı “polis” fiti tapıldı

BAKI, 15 sentyabr. TELEQRAF

Misirdə arxeoloqlar 3300 yaşlı, inək dırnağından yonulmuş sümük fit aşkar ediblər.

Teleqraf xəbər verir ki, bu artefaktın qədimdə "polis" tərəfindən istifadə edildiyi güman edilir.

Fit qədim Axetatendə (müasir Amarna şəhəri) - Tutanxamonun atası Exnaton tərəfindən əsası qoyulmuş qədim paytaxtda tapılıb. Bu, Misirdə aşkar edilən ilk sümük fitdir.

Artefakt, "Daş Kəndi" adlanan yerdə, ehtimal ki, firon məqbərəsinin tikintisində iştirak edən insanların yaşadığı "Fəhlə Kəndi"nin yaxınlığında tapılıb.

Tədqiqatçılar hesab edirlər ki, fitdən "Daş Kəndi"nə gedib-gələn insanlara nəzarət edən "polis" və ya mühafizəçi tərəfindən, bəlkə də nəzarət-buraxılış məntəqəsində istifadə edilib.

Chosen
10
teleqraf.com

1Sources