EN

Çində "UNO"nun vurulduğu anın görüntüləri yayıldı - Video

Çinin şərqindəki Şandun əyalətində səmada “müəmmalı” partlayış baş verib.

Publika.az xəbər verir ki, hadisə sentyabrın 12-də axşam saatlarında baş verib. Yerli sakinlər “yüksək sürətli obyekt”in başqa bir parlayan nöqtə ilə havada yollarının kəsişdiyi anı lentə alıblar. Bu zaman zaman güclü bir partlayış baş verib və yüksək səs eşidilib.

Şahidlər bunu uçan naməlum obyektin (UNO) vurulması anı olduğunu iddia ediblər. Bəzi sakinlər isə onun Çin səmasından keçən metereoit olduğunu və hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu fikrini irəli sürüblər.

Fövqəladə hallar idarəsi hadisə ilə bağlı heç bir məlumat almadıqlarını açıqlayıb.

Hərbi ekspertlər isə bunun, çox güman ki, raketlərin qarşısının alınması ilə bağlı sınaqlar olduğunu bildiriblər.

Chosen
53
14
publika.az

10Sources