AZ

UNO hava limanının işini İFLİC ETDİ

Vilnüs hava limanı səmada uçan naməlum obyektin (UNO) aşkarlanması ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə "Delfi" Litvanın Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə istinadla məlumat yayıb.

Bildirilib ki, hadisə sentyabrın 9-da səhər saatlarında baş verib. Lakin obyektin özü barədə məlumat verilməyib. Bunun meteoroloji hadisə ilə səhv salına biləcəyi bildirilib.

Yerli "TV3" telekanalının məlumatına görə, bir müddət sonra hava hərəkəti bərpa edilib və məhdudiyyətlər hava limanının işinə və qrafikinə minimal təsir göstərib.

Seçilən
12
publika.az

1Mənbələr