EN

Azərbaycanda bilik günü qeyd olunur

Azərbaycanda
Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur. 1news.az xəbər verir ki, sentyabrın 15-dən etibarən ölkənin bütün təhsil müəssisələrində yeni tədris ili başlayır.
2025/2026-cı tədris ilində Azərbaycanda ümumilikdə 2,2 milyon nəfər təhsil alacaq. Bu il 130 mindən çox uşaq ilk dəfə olaraq məktəb həyatına qədəm qoyaraq I sinfə başlayacaq. Ali təhsilin bütün səviyyələrinə isə ümumilikdə 75 min tələbə qəbul olunub. Yeni tədris ili bir sıra yeniliklərlə müşayiət olunur. Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ənənəvi jurnallar ləğv edilir və onların əvəzinə "Rəqəmsal məktəb" platforması tətbiq olunmağa başlayır. Sentyabrın 15-də II–XI siniflərdə keçiriləcək ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr ediləcək.

Qeyd edək ki, son illər ərzində ölkədə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb: 600-ə yaxın məktəb ya yenidən tikilib, ya da əsaslı şəkildə təmir olunub. Nəticədə, qəzalı vəziyyətdə olan məktəblərin sayı iki dəfədən çox azalaraq 400-ə düşüb.

Chosen
23
34
1news.az

10Sources