EN

Polşalı nazir: NATO Rusiyaya ilə münaqişəyə girmək istəmir

BAKI, 15 sentyabr. TELEQRAF

Avropa ölkələri Rusiyaya ilə hərbi münaqişəyə girmək istəmir.

Teleqraf xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

Nazir Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin effektivliyinin şübhəli olduğunu qeyd edib.

Onun sözlərinə görə, bu zəmanətlərin verilməsi Avropa ölkələrinin Rusiya ilə hərbi münaqişəyə girmək istəyini ifadə edə bilər.

“Mən bunun inandırıcı olduğunu və buna etibar olduğunu düşünmürəm. Rusiya ilə müharibə etmək istəyən - bunu indi başlaya bilər. Amma mən nədənsə istəyənləri görmürəm”, - Sikorski deyib.

Chosen
75
teleqraf.com

1Sources