İngiltərə Premyer Liqasında 4-cü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasındakı rəqiblərindən olan "Çelsi" "Brentford"un qonağı olub və görüş 2:2 hesabı ilə başa çatıb.
"Çelsi" Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. 4-cü tur çərçivəsində "Çelsi" Bakıya səfər edəcək.
5 noyabr tarixində keçiriləcək görüş Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
“Brentford” – “Çelsi” 2:2
Qollar: Şade 35, Karvalyo 90+3 - Palmer 61, Kaysedo 85