EN

İnsanları cavanlaşdıran dərman sınaqdan keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Çindən olan bir qrup tədqiqatçı orqanizmin qocalma prosesini ləngidə bilən eksperimental inyeksiyanı uğurla sınaqdan keçirib.
Oxu.Az xəbər verir ki, işin nəticələri "Cell" jurnalında dərc olunub.
Qeyd olunub ki, yaradılan dərman immun sistemini aktivləşdirir, qocalmış hüceyrələri məhv etməyi hədəfləyir.
Tədqiqat müəlliflərinin sözlərinə görə, 12 həftəlik testlər zamanı beyin, yaddaş, əzələ toxuması, reproduktiv funksiya və bir sıra daxili orqanların vəziyyətində yaxşılaşma qeydə alınıb. Alimlər bu effekti təxminən yeddiillik "cavanlaşmaya" bərabər hesab edirlər.
Tədqiqatçılar vurğulayırlar ki, elmi iş hələlik erkən mərhələdədir və onun təhlükəsizliyini təsdiqləmək üçün daha böyük klinik sınaqlara ehtiyac var.
Chosen
24
9
oxu.az

10Sources