Sportinfo.az xəbər verir ki, "Zirə"nin braziliyalı müdafiəçisi Ruan Renato Premyer Liqanın IV turunda “Qarabağ”la görüşdə heç-heçə (1:1) oynamaları haqda danışıb.
- “Qarabağ"a qarşı matçlar istər evdə, istərsə də səfərdə çətin keçir. Onlar nəinki çətin, həm də kifayət qədər gərgin alınır. Bu matç da istisna deyildi, xüsusən müdafiə üçün. Amma biz yaxşı oynadıq.
- Hesabda öndə olduğunuz ikinci hissədə rəqibə qarşı mübarizə aparmaq nə qədər çətin idi?
- Elə xüsusilə ikinci hissədə çətin oldu. Onlar topa daha çox sahib oldular və daha çox hücum etdilər. Amma biz dayana bilirdik. 1:0 öndə olduğumuz dəqiqələrdə yenə qol vura bilərdik. Şanslarımızdan istifadə edə bilmədik, amma ümumilikdə yaxşı oynadıq.
- İkinci qol üçün nə çatışmırdı? Çünki üstünlüyü gücləndirmək imkanınız var idi...
- Nəyisə xüsusi qeyd etməzdim. Amma ikinci qolu vursaydıq, daha sakit oynaya bilərdik. Müdafiədə yaxşı oynadıq, amma bu o demək deyil ki, hücumda passiv idik. Xüsusilə uğurlu oyun keçirən “Qarabağ”ın qapıçısını qeyd etmək yerinə düşərdi.