Avropanın Rusiyaya qarşı sanksiyaları kifayət qədər sərt deyil.
Tribunainfo.az xəbər verir ki, bunu Bedminsterdə (Nyu Cersi) jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib: “Onların tətbiq etdiyi sanksiyalar kifayət qədər sərt deyil. Mən sanksiyalar tətbiq etməyə hazıram, lakin onlar sanksiyaları sərtləşdirməlidirlər ki, mənim hərəkətlərimə uyğun olsunlar”.
O, avropalılara çağırış edib: “Bizdən anti-Rusiya hər şeyə gedəcəyimizi və Avropanın Rusiyadan neft almağa davam edəcəyini gözləməməlisiniz”.