EN

Ağdamla bağlı 38 milyonluq tender

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi (VÖEN: 3201635961) açıq müsabiqə elan edib.

FED.az xəbər verir ki, elan Ağdam şəhəri 5 nömrəli yaşayış massivi üzrə yaşayış və qeyri-yaşayış binalarının daxili kommunikasiya işlərinin və avadanlıqların satın alınmasını əhatə edir.

Satınalmanın ehtimal olunan qiyməti 38 milyon 052 min 762 manat 45 qəpikdir.

 Təkliflərin son təqdim olunma tarixi və zərflərin açılış vaxtı 26 sentyabr 2025 saat 15:00-a təyin edilib.

Satınalma ilə bağlı əlaqələndirici şəxs – Satınalma və təchizat departamentinin müdir müavini, Satınalma şöbəsinin müdiri Hikmət Qasımovdur. Əlaqə üçün email: [email protected], telefon: +994 55 248 66 99.

İddiaçılar təkliflərini 26 sentyabr 2025-ə qədər Ağdam şəhəri ünvanına təqdim edə bilərlər.

Chosen
21
fed.az

1Sources