EN

Putin vÉ™ Zelenski bir-birlÉ™rinÉ™ o qÉ™dÉ™r nifrÉ™t edirlÉ™r ki... - Tramp

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında görüşü istisna etməyib, lakin onun təşkilinin asan olmayacağını deyib.

Modern.az xəbər verir Fox News-a açıqlamasında Ağ Ev rəhbəri yeddi müharibəni dayandırdığını və Ukrayna ilə Rusiya arasında müharibəni dayandırmaq istədiyini xatırladıb. O bunun asan olacağını düşünürüm, amma əslində çətin olduğu ortaya çıxıb.

"Zelenski ilə Putin arasında nifrət hədsizdir. Onlar bir-birlərinə nifrət edirlər. Düşünürəm ki, mən danışmalı olacağam. Məsələni bu və ya digər şəkildə həll edəcəyik. Onlar bir-birlərinə o qədər nifrət edirlər ki, nəfəs ala bilmirlər. Ona görə də mən müdaxilə etməliyəm".

ABŞ prezidenti həmçinin Ukrayna və Rusiya arasında danışıqların olacağını proqnozlaşdırır, lakin danışıqların hansı formatda - ikitərəfli və ya üçtərəfli olacağını dəqiqləşdirməyib.

"Danışıqlar olacaq. Amma yəqin ki, mən müdaxilə etməliyəm. Putin və Zelenski bir-birlərinə o qədər nifrət edirlər ki, çətinliklə danışa bilirlər. Sadəcə olaraq, bir-biri ilə danışa bilmirlər", - Tramp əlavə edib.

Chosen
8
3
modern.az

4Sources