EN

Şirvan Şəhər Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib - FOTOLAR

Şirvan Şəhər Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

"Unikal" xəbər verir ki, konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, texnika üzrə fəlsəfə doktoru, əməkdar mühəndis  İltizam Yusifov,  Şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov və İdarə Heyətinin üzvləri, eləcə də ağsaqqallar, ziyalılar, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Konfransda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra akademik Əhliman Əmiraslanovu və tədbir iştirakçılarını salamlayan Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov  ağsaqqalların şəhərin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak etdiklərini, ağsaqqal nəsihətinin hər bir vətəndaş üçün həmişə dəyərli olduğunu bildirib. Qeyd edib ki, Şirvan Şəhər  Ağsaqqallar Şurasının üzvləri xüsusilə yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir, ölkəmizin inkişafı və xoşbəxt gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər. Rayon rəhbəri çıxışının sonunda konfransın işinə və Şuranın gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Sonra Şirvan Şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimovun təşkilatın fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Natiq məruzəsində ağsaqqalların gördükləri işlərdən, keçirdikləri tədbirlərdən, eləcə də şəhid ailələri və qazilərlə görüşlərdən, gənclərlə aparılan maarifləndirmə fəaliyyətindən və qarşıda duran vəzifələrdən bəhs edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini əhali arasında təbliğ etdiklərini vurğulayıb. Bildirib ki, bundan sonra da fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəklər.

Konfransda çıxış edən şəhər ağsaqqalları Yaqub Salmanov, Ağazər Şükürov, Vasif Əlizadə, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, texnika üzrə fəlsəfə doktoru, əməkdar mühəndis  İltizam Yusifov, Şirvan şəhər 1 nömrəli tam orta məktəbin direktoru Rəfiqə Atayeva, Şirvan Rayonlararası Onkoloji Xəstəxananın baş həkimi Ədalət Cavadov ağsaqqallar tərəfindən görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açıblar. Qeyd ediblər ki, cəmiyyətimizdə yüksək nüfuza malik olan ağsaqqallarımızın bilik və təcrübəsindən hərtərəfli və səmərəli şəkildə istifadə olunmalıdır. Çıxış edənlər Şirvan Şəhər Ağsaqqallar Şurasının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab ediblər.

Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayıb. Azərbaycan xalqının Ümummilli Lideri, müasir tariximizin qurucusu Heydər Əliyevin Vətənimiz qarşısında böyük xidmətlərindən ətraflı bəhs edərək, Ulu Öndərin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin  uğurlu prezidentlik fəaliyyətindən, onun rəhbərliyi ilə ölkəmizin qazandığı misilsiz nailiyyətlərdən söz açıb. Vurğulayıb ki, möhtəşəm Zəfərdən sonra hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda geniş bərpa-quruculuq işləri həyata keçirilir və “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərimiz öz ata-baba yurdlarına qayıdırlar. Əhliman Əmiraslanov, həmçinin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu ABŞ səfərindən də bəhs edib. Bildirib ki, bu səfər növbəti diplomatik qələbəmiz olmaqla, Azərbaycan-ABŞ münasibətlərini strateji əməkdaşlıq səviyyəsinə yüksəltdi və regionda sülhün, təhlükəsizliyin, əmin-amanlığın bərqərar olunması üçün mühüm addım oldu.  Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağsaqqallara göstərdiyi böyük diqqət və qayğıdan danışan Əhliman Əmiraslanov vurğulayıb ki, Azərbaycan Ağsaqqallar Şurası qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələrək, fəaliyyətini daha geniş və effektiv şəkildə davam etdirir. Natiq, həmçinin, mövcud problemlərə də toxunub. Hazırda boşanmaların sayının artmasından, erkən və qohumlar arasında olan nikahlardan bəhs edib. Vurğulayıb ki, bu halların qarşısını almaq üçün ağsaqqallar daha aktiv fəaliyyət göstərməlidirlər. Şirvan Şəhər Ağsaqqallar Şurasının həyata keçirdiyi işləri yüksək qiymətləndirən Əhliman Əmiraslanov hər kəsə möhkəm cansağlığı və uğurlar arzulayıb.















 

Chosen
48
3
unikal.az

10Sources