2026-cı təsərrüfat ilində müasir suvarma sistemləri ilə təchiz olunan kartof əkinlərinin hər hektarına görə fermerlərə 360 manat subsidiya veriləcək.
Bu barədə Operativ Media-ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, kartof əkinlərini ənənəvi üsullarla suvaran fermerlər isə hər hektara görə 300 manat subsidiya alacaqlar.