EN

Tramp: Qətərlə ehtiyatlı davranın VİDEO

Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp Nyu-Cersi ştatındakı Moristaun Hava Limanında jurnalistlərə açıqlama verərkən dilə gətirib. Jurnalistlərdən biri ondan "İsrailin keçən həftə Qətərdə HƏMAS liderlərinə hücumu ilə əlaqədar Baş nazir Benyamin Netanyahuya mesajınız varmı?" soruşub. "Mesajım budur ki, gərək həddən ziyadə diqqətli davransınlar. Onlar HƏMAS-a qarşı, əlbəttə, tədbir görməlidirlər, amma Qətər isə ABŞ-nin böyük müttəfiqidir", – ABŞ lideri vurğulayıb. Cümə günü Qətərin Baş naziri Məhəmməd Əbdürrəhman Əl-Sani ABŞ-yə səfəri çərçivəsində Donald Trampla görüşüb. Prezident nahar süfrəsində ikən onu "gözəl insan" adlandırıb. Xatırladaq ki, ötən günlərdə İsrail Hərbi Hava qüvvələri Qətərin paytaxtı Dohada HƏMAS-ın bir sıra ali liderinin toplaşdığı nöqtəyə aviazərbə endirib. Hücumun nəticələri hələlik aydın deyil. Bir sıra dünya lideri, o cümlədən ABŞ Prezidenti Donald Tramp İsrailin bu gözlənilməz hücumunu pisləyərək, İsrail və HƏMAS arasında "atəşkəs danışıqlarına vurulan zərbə" adlandırıb. Məlumat üçün bildirək ki, hər iki ölkə: Qətər və İsrail Vaşinqtonun yaxın müttəfiqləri sayılır. Digər tərəfdən, Londonda fəaliyyət göstərən ərəbdilli "Asharq Al-Awsat" qəzeti öz mənbələrinə istinadən yazıb ki, HƏMAS, bu hücuma baxmayaraq, Qəzza zolağında atəşkəs danışıqlarını "tələblərinə uyğun şəkildə" yekunlaşdırmağa maraqlıdır.

Reporter: What is your message to Netanyahu about strikes on Qatar?Trump: They have be very careful. They have to do something about Hamas. But Qatar has been a great ally to the US. A lot of people don’t know that. pic.twitter.com/HyfZlLN1Ab

— Acyn (@Acyn) September 14, 2025

Firudin Həmidli

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
1
azvision.az

2Sources